2-ci Liqada 25-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Xankəndi” səfərdə “Quba”ya, “Qaradağ Lökbatan” isə evdə “Dinamo”ya böyük hesabla qalib gəlib. “Şirvan” da “Şəmkir”i xalsız yola salıb.

Daha öncə “Göygöl” – “Ağstafa Gəncləri” matçında heç-heçə (1:1) qeydə alınıb, “Kür-Araz” “Şəki Siti”yə (5:1), “Araz Saatlı” “Ağdaş”a (2:0) qalib gəlib.

2-ci Liqa
25-ci tur

5 may

“Quba” – “Xankəndi” 0:3
Qollar: Tural Qurbatov, 16; 51. Bəhruz Teymurov, 70.

“Qaradağ Lökbatan” – “Dinamo” 5:2
Qollar: Ramil Orucov, 28-pen. İsa Zeynallı, 56. Ayaz Mikayılov, 65. İlham Hüseynov, 82; 86 – Rəsul Məmmədli, 41. Əlibala Ağayev, 90+2.

“Şirvan” – “Şəmkir” 3:2
Qollar: Comərd Baxşəliyev, 55-pen. Ramiz Məmmədov, 57. Qərib İbrahimov, 78 – Tural Məmmədzadə, 14. Sehran Abbasov, 44.

Shares: