Noyabrın 18-dən 22-dək Bakıda keçiriləcək Avropa Badminton Yarışlarına hazırlıq məqsədilə Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov və Azərbaycan Badminton Federasiyasının (ABF) prezidenti Taleh Ziyadov arasında görüş keçirilib.
Bu barədə Futbolinfo.az-a AFB-nin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri, turnirin yüksək səviyyədə təşkili və digər təşkilati məsələlər müzakirə olunub.






