“Real” azarkeşləri klubun rəhbərliyini hücumçu Kilian Mbappeni komandadan uzaqlaşdırmağa çağıran onlayn petisiyaya başlayıblar.

“Actu Foot”un məlumatına görə, petisiya ilk saatda 70 000-dən çox imza toplayıb. Hazırda 142 000-dən çox təsdiq imzası var.

Son günlər yayılan məlumatlarda madridlilərin Mbappenin meydandan kənar davranışından narazı olduğu və hücumçunun da öz növbəsində yoldaşları ilə əlaqəni kəsdiyi bildirilir. Fransız futbolçunun komanda tədbirlərinə gecikdiyi və işçilərlə təkəbbürlü olduğu da qeyd olunur.

Jurnalist Fransua Qallardonun sözlərinə görə, Mbappe Vinisius da daxil olmaqla bəzi komanda yoldaşları tərəfindən xəyanətə uğradığını hiss edir. 27 yaşlı futbolçunun anası və həm də agenti “Real”dan Vinisiusla yollarını ayırmağı tələb etmək niyyətindədir.

Mbappe 2024-cü ilin yayından bəri Madriddə oynayır. 2025/26 mövsümündə hücumçu bütün yarışlarda 41 oyun keçirib, 41 qol vurub və 6 məhsuldar ötürmə edib.

Shares: