Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 8-10 mayda Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turniri keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, yarışda 7 çəki dərəcəsində Azərbaycanın 11 cüdoçusu (6 kişi, 5 qadın) mübarizə aparacaq.

İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.

Kişilər

-66 kq
Rəşad Yelkiyev
Turan Bayramov

-73 kq
Rəşid Məmmədəliyev

-90 kq
Aslan Kotsoyev

+100 kq
Camal Feyziyev
Uşanqi Kokauri

Qadınlar

-48 kq
Könül Əliyeva
Şəfəq Həmidova

-52 kq
Gültac Məmmədəliyeva
Leyla Əliyeva

-70 kq
Südabə Ağayeva.

Shares: