UEFA Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın “Atletiko” komandası İngiltərədə “Arsenal”ın qonağı olub.

“Emireyts” stadionunda keçirilən matç “Arsenal”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, ilk görüşdə qalib müəyyənləşməyib – 1:1

Digər yarımfinal görüşündə “Bayern” Almaniyada Fransanın PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Birinci qarşılaşmada sevinən tərəf parislilər olublar – 5:4.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu

5 may

Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 1:0
Qol: Saka, 44.

Shares: