“Napoli”nin baş məşqçisi Antonio Konte klub rəhbərliyi ilə fikir ayrılıqları səbəbindən komandadan ayrılmaq üzrədir.

“Il Mattino”nun məlumatına görə, 56 yaşlı mütəxəssis klubun idman işlərindən tam etibar tələb edir. O, “Napoli”də qalmaq istəyir, lakin artıq güzəştə getməyə hazır deyil.

Konte 2024-cü ilin yayından bəri “Napoli”yə rəhbərlik edir. Debüt mövsümündə neapollular A Seriyasını, 2025-ci ildə isə İtaliya Super Kubokunu qazanıblar.

Bu mövsüm “Napoli” 35 oyundan sonra 70 xalla liqada ikinci yerdədir. Titulu isə vaxtından əvvəl “İnter” qazanıb.

Shares: