“Fənərbağça”nın keçmiş prezidenti Aziz Yıldırım yenidən kluba rəhbərlik edə bilər.
Futbolinfo.az xəbər verir ki, 74 yaşlı funksioner klubun növbədənkənar qurultayında prezidentliyə namizəd olduğunu açıqlayıb.
“Fənərbağça”da prezident seçkiləri 6-7 iyun tarixlərində keçiriləcək.
Xatırladaq ki, A.Yıldırım 20 il – 1998-2018-ci illərdə “Fənərbağça”nın prezidenti olub. Onun rəhbərliyi dövründə komanda 6 dəfə Türkiyə çepionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.






