“Neftçi”nin transfer qadağası FIFA-nın rəsmi saytında təsdiqini tapıb.
Futbolinfo.az xəbər verir ki, ali futbol qurumu transfer qadağası ilə bağlı bölməsində “Neftçi”yə 3 dönəmlik məhdudiyyət qoyduğunu elan edib.
Cəza mayın 5-dən – yəni dünəndən etibarən qüvvəyə minib. “Neftçi” ilə yanaşı, Türkiyənin “Antalyaspor”, həmçinin müxtəlif konfederasiyalarda çıxış edən bir sıra klublara eyni formada cəza tətbiq edilib.







