“Turan Tovuz”un hücumçusu Joarlem Santos ölkəsi Braziliya mətbuatına açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı forvard cari mövsümdəki çıxışlarını dəyərləndirib.

Santos Tovuz klubu ilə parlaq mövsüm keçirdiyini və istəklərinə çatmaq üzrə olduqlarını bildirib: “Bu mövsüm yeganə hədəfimiz avrokuboklara vəsiqə qazanmaq oldu. Artıq istəyimizə çatmağımıza az qalıb. Baş verənlərin böyüklüyünü dərk edirik. Bu, sadəcə yaxşı mövsüm deyil, klubun tarixini dəyişdirə biləcək uğurdur. Gəldiyimdən bəri burada ciddi bir layihənin olduğunu hiss etdim”.

Qeyd edək ki, Misli Premyer Liqasında sona 3 tur qalmış 56 xalla 3-cü pillədə qərarlaşan “Turan Tovuz” ən yaxın izləyicisi “Neftçi”ni 6 xal qabaqlayır.

Shares: