FİA prezidenti Məhəmməd Ben Sulayem maraqlı açıqlamalar verib. O, xüsusilə də Yaxın Şərqdəki vəziyyətə görə mərhələlərin keçirilməsinə toxunub.
“Yaxın Şərqdəki vəziyyət bizi narahat edir. Buna görə artıq iki yarış təxirə salınıb. İlin sonunda Qətər və Əbu-Dabidə də qran-prilər var. Vəziyyət düzəlməsə, onlardan birini əvəz etmək məcburiyyətində qalacağıq. Türkiyə qran-prisi hazır olmalıdır. Qətərdəki yarışı onunla əvəz etmək olar. İstanbuldakı trasda kiçik işlər görülməlidir. Fikrimcə, bu, ciddi maneə törətməməlidir. Əsas insan həyatıdır. Biz heç kimin həyatını idman naminə riskə ata bilmərik. Hələ ki, vaxt var. Amma vəziyyət dəyişməsə, təqvimdə əvəzetmə olacaq”, – deyə FİA prezidenti məlumat verib.






