“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında 100-cü qolunu vurub.
41 yaşlı portuqaliyalı buna XXXIII turda “Əl-Şabab”a qalib gəldikləri matçda (4:2) nail olub.
Ronaldo komandasının üçüncü qoluna imza atıb. O, Liqada 100-cü qola 105 oyunda çatıb.
Kriştianu karyerasında vurduğu qolların ümumi sayını isə 971-ə çatdırıb. O, cari mövsüm Səudiyyə Ərəbistanı çempionatında 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.






