“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində bu gün 1/4 final oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Monqolustan millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-də start götürəcək. Bu matçın qalibi yarımfinalda ABŞ – “Ulan-Bator Amazons” (Monqolustan) duelinin güclüsü ilə qarşılaşacaq.

Xatırladaq ki, “Neftçi” ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarına qalib gəlib.

Shares: