“Neftçi”nin futbolçusu Freddi Varqasın Misli Premyer Liqasında vurduğu qolun videosu sosial mediada 22 milyondan artıq baxış toplayıb.
Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar”ın rəsmi instaqram səhifəsində yayımlanan postun izlənmə sayı hələ də artmaqda davam edir.
27 yaşlı cinah oyunçusunun həmin videosuna 800 mindən çox bəyənmə və 1300-dən artıq şərh yazılıb.
Qeyd edək ki, Venesueladan olan futbolçu Misli Premyer Liqasının XXX turda səfərdə “Karvan-Yevlax” üzərində 3:0 hesablı qələbə ilə başa çatan görüşdə komandasının sonuncu qolunu vurub.






