“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays “MakLaren”in Uokinqdə yerləşən bazasına baş çəkib və orada komandanın sürücüsü Lando Norrislə görüşüb. Yarımmüdafiəçi ona  “Arsenal”ın formasını hədiyyə edib.

Klubun mətbuat xidmətinin məlumatına görə, səfər “Arsenal” serialının ikinci bölümü çərçivəsində baş tutub. Formula 1-in son çempionu Deklan Raysı “Maklaren”in bazasında gəzdirib.

“Vau. Bu, yəqin ki, Formula 1 avtomobilinə ən yaxın olduğum yerdir. Onun haqqında hər şeyi bilməliyəm. Bütün sirlərin baş verdiyi yer bu binadadır. Burada nə baş verdiyini heç kim bilmir”, – deyə Rays bölümün treylerində bildirib.

Lando da öz növbəsində qonağını simulyatora yerləşdirib. Görüş “Arsenal” serialının qarşıdan gələn “Raising The Bar” adlanan ikinci bölümünün bir hissəsi olacaq. Klub “Deklan Rays Lando Norrislə görüşəndə” başlığı ilə bir tizer də paylaşıb.

Shares: