Bukmeker şirkətləri hokkey üzrə 2026-cı il Dünya Çempionatının favoritlərini açıqlayıblar.
Kanada komandası titula əsas namizəddir. Onların qələbəsinə 3.00 əmsalı verilir. İsveç (6.00) və ABŞ (7.00) da ilk üç favorit arasındadır. Dünya Çempionatına ev sahibliyi edən İsveçrə siyahıda beşinci yerdədir.
Xatırladaq ki, çempionata mayın 15-də start veriləcək.
Bukmekerlərin fikrincə, dünya çempionu olmağa əsas namizədlərin qələbə əmsalları:
1. Kanada – 3.00
2. İsveç – 6.00
3. ABŞ – 7.00
4. Finlandiya – 8.00
5-6. İsveçrə – 9.00
5-6. Çexiya – 9.00
7-8. Almaniya – 50.00
7-8. Slovakiya – 50.00






