Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində ilk günü medalsız başa vurublar.

Futbolinfo.az xəbər verir ki, son olaraq Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) üçüncü yer uğrunda görüşdə məğlub olublar.

Ş.Həmidova Kristina Dudinaya (Rusiya), G.Məmmədəliyeva isə Nandin-Erdene Myaqmarsurenə (Monqolustan) uduzub.

Xatırladaq ki, “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.

Shares: