Madrid “Real”nın bir neçə oyunçusu baş məşqçi Alvaro Arbeloaya təhqiramiz ləqəb qoyub. Bu barədə “OK Diario” məlumat verib.
Oyunçular 43 yaşlı ispaniyalıya “Konus” ləqəbini veriblər. Məşqçi bundan xəbər tutanda həmin futbolçuları meydana buraxmağı dayandırıb.
Qeyd edək ki, bütün bunlar klubun qeyri-sabitliyi fonunda baş verir. İki gün əvvəl yarımmüdafiəçilər – Federiko Valverde və Aurelien Çuameni arasında paltardəyişmə otağında dava düşmüş və nəticədə uruqvaylı kəllə-beyin travması almışdı. Bundan əlavə, 40 milyondan çox insan Fransa millisinin hücumçusu Kilian Mbappenin “Real”dan qovulmasını tələb edən petisiya imzalayıb.
Əlavə edək ki, Madrid komandası növbəti oyununu bazar günü “Barselona”ya qarşı keçirəcək.






