16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyuna çıxacaq.

Futbolinfo.az xəbər verir ki, millimiz Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Binə stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşma FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

Shares: