“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer “Mançester Yunayted”ə keçmək haqqında düşünür.

“Daily Mail”in məlumatına görə, 24 yaşlı ingilis futbolçu 2025-ci ilin yayında “Mançester Yunayted”ə keçmək istəyirdi. Klub hələ də maraqlı olarsa, danışıqlar yenidən başlayacaq.

“Mançester Yunayted”in hazırda prioriteti heyətdəki digər mövqelərdir. Bu səbəbdən də klub tələsik qərar vermək istəmir.

Son vaxtlar Palmerin Mançester şəhəri üçün darıxdığı xəbərlər bildirilir. “Mançester Siti”nin gənclər sisteminin məhsulu olan Palmer, 2023-cü ilin sentyabrında “Çelsi”yə keçib.

Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 27 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Shares: