FIFA “Neftçi”ni Alessio Kurçinin transferi üçün Belçikanın “Frans Boran” klubuna ödəniş etmədiyinə görə cəzalandırıb. Bakılılar 3 transfer dövründə yeni oyunçu qata bilməyəcək.

Amma tezliklə bu cəza qüvvədən düşəcək. Çünki “Neftçi” texniki səbəblərdən yubanan vəsaiti artıq Belçika klubuna köçürüb.

Belçika klubunun prezidenti Jorj Lui-Buşe futbolinfo.az saytına açıqlamasında artıq hər şeyin qaydasında olduğunu bildirib. O deyib ki, tərəflər arasında hazırda heç bir problem qalmayıb: “Artıq hər şey qaydasındadır. Heç bir problem yoxdur”.

O, transfer üçün “Neftçi” tərəfindən gecikdirilən pulun məbləğini açıqlamayıb.

Qeyd edək ki, “Neftçi” Alessio Kurçini ötən ilin yayında transfer edib.

Shares: