Bolqarıstan çempionatında 33-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” səfərdə Plovdiv “Lokomotiv”inin qonağı olub.
Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0.
Hüseynov da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz görüşü əvəzolunmadan keçirib. O, 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Arda” hazırda 45 xalla 7-ci pillədə qərarlaşıb.






