“Barselona”nın hücumçusu Robert Levandovski növbəti mövsümdə gələcəyi ilə bağlı qərar verə bilmir.

“Mundo Deportivo”nun məlumatına görə, hücumçu iki fərqli təkliflə üzləşib. “Barselona” ona hazırda aldığından daha az məvaciblə sözləşmə təklif edir, “Çikaqo Fayr” isə polşalıya ildə 15+5 milyon avro təklif etməyə hazırdır.

Maliyyə məsələləri ilə yanaşı, Levandovskinin komandadakı rolu da onun qərarına təsir göstərir. O, Kataloniya klubunun əsas oyunçusu statusunu itirə bilər. Oyunçunun agenti hazırda Barselonadadır və orada klub prezidenti Joan Laporta, baş məşqçi Hans-Diter Flik və idman direktoru Deko ilə görüşməyi planlaşdırır. Levandovskinin son qərarı, digər məsələlərlə yanaşı, alman mütəxəssisin fikrindən asılı olacaq.

Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında qoşulub və klubla 4 illik müqavilə imzalayıb.

Shares: