MBA-da 2-ci raundun 3-cü oyunları keçirilib.

Minnesotada “San Antino Spörs” qələbə qazanıb. 115:108 hesablı qələbə sayəsində “Spörs” seriyada önə keçib – 2:1.

Görüşün qəhrəmanı 39 xal toplayan Viktor Vembanyama olub. Onun aktivində həm də 15 ribaund var. Meydan sahiblərində Entoni Edvards 32 xal və 14 ribaundla oynayıb.

Filadelfiyada keçirilən qarşılaşmada “Nyu-York Niks” qalib gəlib – 108:94. Hazırda seriyada hesab 3:0 Nyu-York komandasının xeyrinədir.

Ceylen Branson 33 xalla qələbəyə böyük pay verib. “Siksers”in ulduzu Coel Embiid isə cəmi 18 xal toplayıb.

Qeyd edək ki, seriyada 4-cü oyunlar da Filadelfiya və Minnesotada keçiriləcək.

Shares: