“Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomes “Atletiko”ya keçməyə yaxındır. Bu barədə “Globo Esporte” xəbər verib.

Mənbənin məlumatına görə, iki tərəf arasındakı danışıqlarda irəliləyiş var. “Atletiko” İngiltərə klubuna 45 milyon avro ödəyəcək. Yarımmüdafiəçi 2031-ci ilə qədər ildə 4,5 milyon avro maaşla müqavilə imzalayacaq. Tərəflərin tez bir zamanda müqavilə ilə bağlı razılığa gələcəyi gözlənilir.

25 yaşlı braziliyalı cari mövsümdə 33 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, “Vulverhempton”da 2023-cü ildən bəri çıxış edir.

Xatırladaq ki, “Vulverhempton” 2025/26 mövsümünün nəticələrinə əsasən İngiltərə Premyer Liqasını tərk edib.

Shares: