MBA-da çıxış edən “Los Anceles Klippers” komandasının 33 yaşlı serbiyalı müdafiəçisi Boqdan Boqdanoviç flopa görə yeni bir cəza təklif edib.
Flop oyunçunun rəqibi ilə fiziki təması qəsdən şişirdərək, dramatik şəkildə yıxılaraq və ya arxaya dayanmaqla hakimi aldatmağa çalışıb, qayda pozuntusu üçün etdiyi simulyasiya hərəkətidir.
“Düşünürəm ki, basketbolda qırmızı vərəqə verməyin vaxtıdır. Oyunda üstünlük qazanmaq üçün özünüzü yerə yıxsanız, epizod nəzərdən keçiriləcək və dərhal qırmızı vərəqə alacaqsınız. Təşəkkür edirəm!”, – deyə Boqdanoviç sosial media hesabında yazıb.
Xatırladaq ki, son mövsümlərdə MBA-da təmasların qarşısını almaq üçün hakimlərin hər toxunuşu qayda pozuntusu elan etməsi ciddi tənqidə səbəb olub. Məhz bunun sayəsində Şimali Amerikadakı oyunlarda məhsuldarlıq artıb.






