Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” MLS-də növbəti matçına çıxıb.

Sözügedən komanda “Nyu York Siti”nin qonağı olub. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəs ilə başa çatıb. Nəriman oyuna ehtiyatda başlayıb və 79-cu dəqiqədə Piçardın əvəzinə meydana daxil olub.

“Kolumbus Kryu” 12 turdan sonra 12 xalla 12-ci sıradadır. “Nyu York Siti” isə 15 xalla 7-cidir.

Shares: