16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununa çıxacaq.
Komandamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gələcək. Binə stadionundakı matç saat 12:00-da başlayacaq.
Xatırladaq ki, U-16 daha əvvəlki qarşılaşmalarda Litvaya (1:4) və Rumıniyaya (1:7) uduzub.





