Misli Premyer Liqasında cari mövsümün qalibi “Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində daha bir potensial rəqibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində debütünü Kosovo çempionatının qalibinə qarşı edə bilər. Bu isə “Drita”dır.
Bununla “Sabah”ın mümkün rəqiblərinin sayı 10-a yüksəlib. Həmçinin səbəti qeyri-müəyyən qalanlar da var. “Sabah”ın digər 4 potensial rəqibi isə bəzi çempionatların qaliblərinin kimliyindən asılı olacaq.
Səpələnmişlər: “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Drita” (Kosovo), “Linkoln” (Cəbəllüttariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları), “Flora” (Estoniya).
Səpələnməmişlər: “Levski” (Bolqarıstan), “Sabah” (Azərbaycan), “Kauno” (Litva), “İberia” (Gürcüstan), “Tre Fiori” (San Marino), “Vitebsk” (Belarus), Malta çempionu, Albaniya çempionu, Lüksemburq çempionu, Monteneqro çempionu.
Qeyri-müəyyənlər: “Larne” (Şimali İrlandiya), “Petrokub” (Moldova), TNS (Uels), “İnter Eskaldes”in (Andorra), Ermənistan çempionu, Rumıniya çempionu, Macarıstan çempionu.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu raundun oyunları 7-8 iyul və 14-15 iyulda olacaq.





