Kilian Mbappenin “Real”da yaşadığı problemlər bu gün başlamayıb. Azarkeşlərin israrla satılmasını istədiyi fransalı hücumçu həm də rəhbərliyin qərarlarını bəyənmir.

Futbolinfo.az ispaniya mətbuatına istinadla xəbər verir ki, Mbappe Xabi Alonsonun baş məşqçi postundan qovulmasından narazı imiş. O, ispan çalışdırıcının fəaliyyətindən məmnun imiş və uğursuzluğuna bir neçə oyunçunun səbəbkar olduğunu düşünür.

Bir çox oyunçu Kilianı müdafiədə iştirak etməməsindən narazı olduğu vaxt Alonso onu müdafiə edirmiş. Məşqçilər fransalıya bu yöndə tapşırıq da vermirmiş. Bu da qısqanclığa səbəb olub.

Yekunda həmin oyunçular Xabinin istefasına səbəb olub. Mbappe də həmin vaxtdan komanda daxilində ab-havanı korlamağa başlayıb.

Shares: