Niderlandlı jurnalist Luis Dekkerin sözlərinə görə, 41 yaşlı britaniyalı pilot və Formula 1 üzrə yeddiqat dünya çempionu Luis Həmilton bu ilin Britaniya Qran-Prisində karyerasını bitirəcəyini açıqlayacaq.

“Lyuis Həmilton Silverstone-da vacib bir açıqlama verəcək. Və düşünürəm ki, Həmilton 2026-cı il mövsümündən sonra karyerasını bitirəcəyini açıqlayacaq”, – deyə tanınmış jurnalist sosial media hesabında bildirib.

Lyuis 2006-cı ildən bəri Formula 1-də yarışır, o həmin vaxt Britaniyanın “Maklaren” komandası ilə debüt etmiş və 2008-ci ildə ilk titulunu qazanmışdı. 2013-cü ildən bəri Həmilton “Mersedes” komandasında yarışaraq daha altı çempionluq qazanıb. 2025-ci ildən bəri britaniyalı “Ferrari” pilotudur.

Shares: