Argentinalı şahmatçı Faustino Oro tarixdə ikinci ən gənc qrossmeyster olub.

O, Sardiniyada keçirilən turnirdə bunun üçün lazım olan son normativi dəyerinəyetirib. Final turunun əvvəlində Faustino Oronun reytinqi 2629 xala çatıb. Hətta final oyununda uduzsa belə, onun reytinqi minimum tələb olunan 2600 xal səviyyəsindən yuxarı qalacaq ki, bu da lazım olan bütün şərtlərin yerinə yetirildiyini təsdiqləyir.

Oro 12 il, 6 ay və 26 günlüyündə bu normativi yerinə yetirib. Bu onu ən gənc qrossmeysterlərin sıralamasında ikinci edib. Oronu iki ay əvvəl daha gənc yaşda qrossmeyster olan Abhimanyu Mişra (ABŞ) üstələyir.

Qeyd edək ki, Faustino Oro son turda rusiyalı Yan Nepomnyaşiyə uduzub. Turnirin qalibi isə almaniyalı Frederik Svane olub.

Shares: