“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına maraq yüksək səviyyədədir.

Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov deyib.

O, yarışın cəlbedicilik baxımından çox yaxşı olduğunu vurğulayıb:

S. Ələkbərov II mərhələnin baxımlı alındığını da sözlərinə əlavə edib:

“Çox şadıq ki, olimpiya çempionu Aleksandr Vinokurov bizim qonağımızdır. Onun komandasının üzvü bu gün qalib oldu. Turnirə maraq da yüksək səviyyədədir. Velosiped idman növünün ölkəmizdə daha çox inkişaf etməsini istəyirik”.

Xatırladaq ki, “Astana” komandasının qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov II mərhələnin qalibi olub. Ötən gün ilk raundda finişə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

Shares: