Timoteuş Puxaç artıq “Sabah”la müqavilə imzalayıb.
Bu barədə o özü futbolinfo.az-a məlumat verib.
O bildirib ki, klub sabah bu barədə rəsmi açıqlama yatyacaq.
Qeyd edək ki, müqavilə ilə Almaniya 2-ci Bundesliqa təmsilçisi “Holştayn Kil”ə məxsus olan Puxaç 2025-ci ilin yayından “Sabah”da çıxış edir. Polşalı futbolçu Azərbaycan təmsilçisində icarə əsasında oynayır. O, Masazır klubunun heyətində 24 oyun keçirib, “qızıl dubl”a imza atıb.






