“Karvan-Yevlax”ın futbolçusu Olavale Doyeninin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 31-ci turunda “Turan Tovuz”a qarşı yaxşı mübarizə apardınız və məğlub olmamaq, qalib gəlmək üçün əlinizdən gələni etdiniz. Amma alınmadı və 0:1 uduzdunuz.

– Biz məşqçinin tapşırıqlarına uyğun oynadıq və bu, bizə çox kömək etdi. Amma futbolda bəzən yaxşı oynasan da, uduza bilirsən. Bu, üzücüdür. Həm də “Turan Tovuz”un müdafiəçilərinin nə qədər sərt və güclü olduğunu bilirik. Müdafiəni yarmağa çalışdıq, amma bu, çox çətin idi.

– “Karvan-Yevlax” Premyer Liqanı tərk etdi. Sizcə əsas səbəb nə oldu?

– Düşünürəm ki, sadəcə bəxtimiz gətirmədi. Bu klub liqanı tərk etməyə layiq deyildi.

– Sizcə komanda gələn mövsüm yenidən Premyer Liqaya qayıda bilər?

– Əlbəttə, inanıram ki, “Karvan-Yevlax” geri qayıdacaq. Bu klub mübarizə aparmağı yaxşı bilir.

– Komanda Birinci Liqada sizi saxlamaq istəsə, qalacaqsınız?

– Bu, yalnız məndən asılı deyil. Agentimlə müzakirə etməliyəm, sonra qərar veriləcək. Amma hazırda yalnız futboluma fokuslanmışam.

– Azərbaycandakı digər klublardan təklif almısınız?

– Dediyim kimi, hazırda yalnız futbolumu oynayıram. Bu cür məsələlərlə agentim məşğul olur. Qarşıda iki oyunumuz qalıb, ondan sonra transferlər barədə danışacağıq.

– Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Həmin oyunda da qələbə qazanmaq istəyirsiniz, yoxsa nəticənin artıq elə də əhəmiyyəti yoxdur?

– “Qəbələ” ilə oyun da digər oyunlar kimi vacibdir və biz qalib gəlmək istəyirik.

AĞA

Shares: