Misli Premyer Liqasının XXXII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “İmişli” oyununun biletləri bu gün saat 15:00-dan etibarən satışda olacaq.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır. Biletlər bu gündən etibarən iTicket.az-da onlayn satışda olacaq.
Oyun günü isə azarkeşlər biletlərini stadionun kassalarından və ya iTicket.az-dan əldə edə bilərlər.
Mayın 16-da keçiriləcək matça saat 17:00-da start veriləcək.






