Cənubi Koreya çempionatında 14-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Qanqvon”la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və sona qədər meydanda olub.

“Daejeon” 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Shares: