Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Ömər Salmanov (48 kq) finalda rusiyalı Artyom Tkaçenkoyla qarşılaşıb. Rəqibinə 1:5 hesabıyla məğlub olan güləşçimiz gümüş medalı boynundan asıb.
Qurban Məcnunov (55 kq) da həlledici görüşdə Rusiya təmsilçisiylə üz-üzə gəlib. Edem Payziyevlə gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal fərqlə (1:2) uduzan Qurban Avropa ikincisi olub.
Orxan Həbibli (65 kq) təsəlliverici görüşdə yunanıstanlı Dionisios Bulutidisə, bürünc medal uğrunda qarşılaşmada isə ukraynalı Oleksandr Venetsə 9:0 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Beləliklə, millimiz ikinci yarış günündə 2 gümüş və 1 bürünc medal qazanıb.






