“Alpin” komandası gələn mövsümdən etibarən adını “Gucci Alpine Formula One Team” olaraq dəyişdirə bilər. Məlumata görə, İtaliya moda evi “Gucci” Fransa komandasının titul sponsoru olacaq.
Nəşrin məlumatına görə, hazırkı titul tərəfdaşı BWT 2026-cı il mövsümündən sonra layihəni tərk edəcək. “Gucci”, ötən ilin ortalarından bəri “Reno”nun keçmiş baş direktoru və komandanın başlanğıcının təşəbbüskarlarından biri olan Luka de Meonun rəhbərlik etdiyi “Kering” qrupunun bir hissəsidir.
“Gucci” özünü ABŞ və Avropa bazarlarında tanıtmaq üçün Formula 1-dən istifadə etmək niyyətindədir. Potensial müqavilənin dəyəri açıqlanmasa da, onun on milyonlarla avro olduğu güman edilir.






