“Real” Joze Mourinyonu baş məşqçi təyin etmək barədə razılığa gəlib. Tərəflər bütün məsələləri həll ediblər. Bu xəbəri sosial media hesabında tanınmış insayder Saşa Tavolyeri yazıb.

Mənbənin məlumatına görə, Mourinyonun “Real”ın baş məşqçisi təyinatı ilə bağlı rəsmi açıqlama gələn həftə olacaq.

Joze Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər Madrid komandasına rəhbərlik edib. O, komanda ilə İspaniya liqasını, Kral Kubokunu və İspaniya Super Kubokunu qazanıb. Hazırda o, “Benfika”nın baş məşqçisidir.

Shares: