Bosniya və Herseqovina milli komandasının DÇ-2026 üçün heyəti açıqlanıb.
Futbolinfo.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Şalke”nin 40 yaşlı hücumçusu Edin Dzeko da yığmaya dəvət edilib.
Milli komandanın baş məşqçisi Sergej Barbarezin bu yay keçiriləcək dünya çempionatı üçün açıqladığı siyahıda təcrübəli forvard da yer alıb.
Dzeko bu mövsüm “Şalke” formasıyla 10 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Bosniya və Herseqovina millisi dünya çempionatında B qrupunda Kanada, Qətər və İsveçrə ilə mübarizə aparacaq.






