Formula 1-də ixtisaslaşmış tanınmış jurnalist və şərhçi Co Seyvud şəxsi sosial şəbəkə hesabında “Maklaren” ilə dördqat dünya çempionu Maks Ferstappen arasında danışıqların getdiyini bildirib. O bu danışıqlar nəticəsində Oskar Piastrinin də komandasını tərk edəcəyi ehtimalının olduğunu vurğulayıb.

“Maklarenin Maks Ferstappenlə danışıqlar apardığı və sürücü mübadiləsinin mümkün olduğu barədə şayiələr var: Oskar Piastri “Red Bull”a, Ferstappen isə Vokinqə keçəcək. “Mersedes” Ferstappenin “Maklaren”ə keçidini dayandırmaq və onu komandasına gətirmək üçün əks təklif irəli sürməyə meylli ola bilər, lakin bu, komandanın sürücülərə xərcləmək istədiyindən və ya ehtiyac duyduğundan daha baha başa gələr”, – deyə Seyvud qeyd edib.

Shares: