Milli Basketbol Assosasiyasında bu gecə bir oyun keçirilib. Qərb konfransında müntəzəm çempionatı 2-ci yerdə tamamlayan “San Antonio Spörs” evdə “Minnesota Timbervulvs”u qəbul edib.

Seriyanın 5-ci oyunu meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 126:97. Görüşün qəhrəmanı Viktor Vembanyama olub. Onun aktivində 27 xal və 17 ribaund var. Qonaq komandanın ulduzu Entoni Edvards isə 20 xal toplayıb.

Bu qələbə sayəsində “Spörs” seriyada önə keçib. Hazırda ümumi hesab 3:2-dir. Seriyanın 6-cı oyunu sabah Minnesotada keçiriləcək.

Shares: