İngiltərə Premyer Liqasına sonuncu vəsiqə uğrunda mübarizə aparacaq komandalar bəlli olub.

Tanınmış türkiyəli Acun İlicalının sahibi olduğu “Hall Siti”nin rəqibi dünən müəyyənləşib. “Sauthempton” ilk oyundakı 0:0-lıq hesabın ardından evdə “Midlsbro”ya 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib. Beləliklə də, son vəsiqə uğrunda görüşdə “Hall Siti” – “Sauthempton” oyunu olacaq.

Ənənəvi olaraq qarşılaşma Londondakı “Uembli” stadionunda keçiriləcək. Vəsiqənin taleyi 1 oyunda müəyyənləşəcək.

Qarşılaşma şənbə günü baş tutacaq.

Shares: