Dünyanın 2 nömrəli tennisçisi Karlos Alkarasın şəkilləri nüfuzlu “Vanity Fair” jurnalının üz qabığında yer alıb.
İspaniyalı tennisçi nəşrə verdiyi müsahibədə dünya reyntinqdə 1-ci yerə yüksəlməsi və Yannik Sinnerlə rəqabəti barədə də danışıb.
Xatırladaq ki, Alkaras hazırda zədəlidir. Bu səbəbdən də o, son iki “Masters”i buraxıb. Bundan başqa, Karlos Fransada da titulunu qoruya bilməyəcək. Onun iyunda yenidən oynaya biləcəyi ehtimalı var.









