“Barselona”nın müdafiəçisi Andreas Kristensen zədəsini bərpa edib.

Futbolinfo.az xəbər verir ki, danimarkalı futbolçu dekabrın sonunda sol dizinin ön çarpaz bağında qismən yırtıq almışdı.

Həmin vaxt onun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilirdi.

Kataloniya təmsilçisi bu gün 30 yaşlı müdafiəçinin komandaya qayıtdığını rəsmən açıqlayıb. O, “Alaves”lə keçiriləcək matçın iştirak ərizəsinə daxil edilib.

“Barselona” La Liqanın 36-cı turu çərçivəsində, bu gün öz meydanında “Alaves”i qəbul edəcək.

Shares: