AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının 25-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Neftçi-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Qarabağ-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilib.

“Kəpəz-2” – “Şamaxı-2” oyununun 90+3-cü dəqiqəsində “Şamaxı-2” komandasının 59 nömrəli futbolçusu Həsən Vəliyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəza alıb, “Şamaxı-2” komandası 1000 manat cərimə edilib.

“Kəpəz-2” – “Şamaxı-2” oyunu bitdikdən sonra “Şamaxı-2” komandasının məşqçisi Yaşar Abuzərov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb, “Şamaxı-2” komandası 500 manat cərimə edilib.

“Qəbələ-2” – “Sabah-2” oyununun 90+3-cü dəqiqəsində “Sabah-2” komandasının 93 nömrəli futbolçusu Səbuhi Qurbanov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Sabah-2” komandası 250 manat cərimə edilib.

Shares: