Amerikalı müğənni Madonna, kolumbiyalı Şakira və Koreyanın BTS qrupu 2026-cı il Dünya Çempionatının finalının fasiləsində çıxış edəcəklər. Bu barədə FİFA-nın rəsmi saytı məlumat verib.
Musiqi ustaları iyulun 19-da Nyu-Cersi ştatındakı “MetLife” stadionunda baş tutacaq final oyunun fasiləsində birlikdə çıxış edəcəklər. Şounun kuratoru Britaniyanın “Coldplay” qrupunun solisti Kris Martin olacaq.
Fasilədəki şouda həmçinin, bütün dünya uşaqlarının keyfiyyətli təhsil və futbola çıxışını yaxşılaşdırmaq üçün yaradılan FIFA Qlobal Vətəndaş Təhsil Fonduna vəsait toplanacaq.
FIFA ilk dəfə ötən il Klublararası Dünya Çempionatının final matçının fasiləsində belə bir konsepsiyasını təqdim etmişdi. Həmin vaxt Balvin, Doxa Kət və Tems çıxış etmişdilər. O zaman da şouya Martin kuratorluq etmişdi.






