Bu gün futzal üzrə Yüksək Liqada 20-ci turun bir oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Olimpik Star”da növbəti qələbəsini qazanan “Baku Fire” cari mövsümü üçüncü pillədə başa vurub.
U-19 isə meydana çıxmadan 3 xalı aktivinə yazdırıb.
Yüksək Liqada mövsümə mayın 18-də yekun vurulacaq. Çempionun adına aydınlıq gətirəcək son görüşdə lider “Neftçi” İK ən yaxın izləyicisi “Araz-Naxçıvan”la gücünü sınayacaq.
Şuşa – Baku Fire 5:8






