Yannik Sinner Romada keçirilən turnirdə Andrey Rublyova qalib gəlib. Görüş 6:2, 6:4 hesablı setlərlə başa çatıb. Bununla da Sinner “Masters” turnirlərində ardıcıl 32-ci qələbəsini qazanıb.
İtalyan tennisçi 32 oyunluq seriya ilə Novak Cokoviçin əfsanəvi rekordunu yeniləyib. 1990-cı ildən bəri qüvvədə olan hazırkı formatda heç bir tennisçi ardıcıl 32 oyunda qələbə qazana bilməmişdi.
Sinnerin yarımfinalda rəqibi Daniil Medvedev – Martin Landalus görüşündə müəyyənləşəcək.






