“Zirə”nin müdafiəçisi Anje Mutsinzinin futbolinfo.az saytına müsahibəsi

– Sizcə, Azərbaycan Kubokunun finalında niyə “Sabah”a 1:2 hesabı ilə uduzdunuz?

– Düşünürəm ki, hər iki komanda üçün çətin oyun oldu. Hər iki tərəfin şansları var idi və ilk hissə 1:0 hesabı ilə başa çatdı. Əlbəttə, bəzi səhvlər oldu, amma ümumilikdə yaxşı oyun idi.

– İkinci hissədə sanki fiziki olaraq çatdırmadız?

– Bir şey deyə bilmərəm. Biz üstün idik, amma rəqib təzyiqi artırdı, tez-tez hücumlar etməyə başladı. Onlar qol şansları yaratdı, istifadə etməyə çalışdı. Bunu bacardılar. Biz də qol vurmaq istəyirdik, amma çox şansımız olmadı.

– Finaldan sonra növbəti oyuna çıxmaq çətindir?

– Mübarizəni davam etdirməliyik və mövsümün sonunda hər şeyə baxacağıq. Bizi qarşıda 2 matç gözləyir. Onlarda qalib gəlmək istəyirik. Yəni bu futboldur. Önümüzə baxmalıyıq, səhvlərimizdən dərs çıxarıb oynamalıyıq.

– Komandanın motivasiyası qalacaq?

– Düşünürəm ki, bu artıq bizim yeganə şansımızdır, ona görə motivasiyamız qalır. Avropaya vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Konfrans Liqasına getmək şansımız qalır. Qarşıdakı iki oyunda maksimum nəticə əldə etməyə çalışacağıq və mövsümün sonunda vəziyyətə baxacağıq.

– Bunun üçün həm də “Neftçi” iki matçda da xal itirməlidir…

– Mövsümün sonunda görəcəyik.

AĞA

Shares: